Ana səhifə Haqqımızda Xəbərlər Struktur Əməkdaşlarımız Əlaqə Linklər Sual-Cavab
  Xoş Gəldiniz
   
 
  «Rights» Hüquq Cəmiyyəti

  «Mass Media» İnformasiya və Araşdırma mərkəzi

  «Universal Konsaltinq» MMC

  «NVF Consulting Co.İnc» MMC

  «Klassika» Nəşriyyat-Poliqrafiya xidmətləri

 Hər cür hüquqi və fiziki şəxslərə, vətəndaşlara hüquqi yardım: hüquqi məsləhətlər, məhkəmədə və s. dövlət orqanlarında qanuni mənafelərin qorunması; Məhkəmə qərarlarının icrasında hüquqi nümayəndəlik
 Bütün növ konsaltinq xidmətləri: iqtisadi, maliyyə konsaltinqi, qiymətləndirmə, audit, sığorta riskinin ödənilməsinə dair spesifik xidmətlər
 İctimaiyyətlə əlaqələrin qurulması, mərkəzləşmiş mətbuat xidməti və informasiya dəstəyinin təşkili.
 Sahibkarlar üçun iqtisadiyyat, hüquqi yardım və ictimaiyyətlə əlaqələr sahəsində uzun-müddətli (və ya mövsümi) fəaliyyət üçün layihələrin hazırlanması və həyata keçirilməsi.
 Yüksək keyfiyyətli nəşriyyat-poliqrafiya işləri.

   

İntellekt-Holdinq Şirkətlər Qrupu qurucularının Bəyannaməsi

Biz,
1.«RİGHTS» HÜQUQ CƏMİYYƏTİ
2.«MASS-MEDİA» İNFORMASİYA və ARAŞDIRMALAR MƏRKƏZİ
3. «UNİVERSAL KONSALTİNQ» MMC
4. «NVF CONSULTING Co.Inc» MMC
5. «KLASSİKA» NƏŞRİYYAT-POLİQRAFİYA XİDMƏTLƏRİ
müəssisələrinin təmsilçiləri Azərbaycan Respublikası qanunvericiliyini və təmsil etdiyimiz müəssisələrin nizamnamələrini rəhbər tutaraq,
insan hüquq və əsas azadlıqlarının qorunmasının, müstəqil sahibkarlıq müəssisələrinin qanunvericilik çərçivəsində tam sərbəst fəaliyyət göstərməsinin cəmiyyətin sosial-iqtisadi inkişafında, ölkəmizin dünya sivilizasiyasına inteqrasiyasında rolunu anlayaraq,
göstərdiyimiz xidmətin yüksək keyfiyyətini təmin etmək üçün mütəxəssislərimizin intellektual xidmət sferasında potensial imkanlarının səfərbər edilməsinin zəruriliyini nəzərə alaraq,
xidmət göstərdiyimiz sahələrdə tərəfdaşlarımızın tam, səmərəli və keyfiyyətli intellektual xidmət müqabilində daha az vəsait sərf etməsinə şərait yaratmaq imkanlarını gerçəkləşdirmək istəyimizi qeyd edərək,
əqli mülkiyyətin məqsədəuyğun istifadəsilə tərəfdaşlarımıza göstərdiyimiz xidmət sahələrində yüksək peşəkarlıq, operativlik, tərəfdaşın maddi və hüquqi mənafelərinin qorunması, konfidensiallıq prinsiplərinin bizim üçün prioritet olduğunu bəyan edərək,
ayrı-ayrı xidmət sahələri üzrə bilik və bacarıqlarımızın birləşdirilməsi ilə effektiv idarəçiliyin qarşıya qoyduğumuz məqsədlərə çatmağa, hər bir müstəqil müəssisənin ayrı-ayrılıqda və bütövlükdə şirkətlər qrupunun inkişafına təkan verəcəyinə inanaraq,
hər bir müəssisənin ixtisaslaşdığı sahə üzrə intellektual xidmətlərin kompleks halında peşəkar icrasını təmin etmək məqsədilə
«İNTELLEKT-HOLDİNQ ŞİRKƏTLƏR QRUPU»NU  TƏSİS EDİRİK!

 
 
    Intellect Holding © Copyright - 2006