İNTELLEKTUAL XİDMƏTLƏRİN PEŞƏKAR İCRASINI BİZƏ ETİBAR EDİN !
«İNTELLEKT-HOLDİNQ» ŞİRKƏTLƏR QRUPU
Hüquqi, iqtisadi və informasiya xidmətləri sferasında yeni formalı və yeni məzmunlu «İNTELLEKT-HOLDİNQ» Şirkətlər Qrupu ayrı-ayrı xidmət sahələri üzrə ixtisaslaşmış müəssisələrin bərabər əsaslarla, idarəçilik və gəlir əldə edilməsinin effektiv üsullarla həyata keçirilməsi məqsədilə yaradılmış xidmət təşkilatıdır. Bizim fəaliyyətimiz ayrı-ayrı spesifik xidmətlərlə yanaşı, cəmiyyət həyatının ən müxtəlif sahələrinə dair elmi-texniki, hüquqi-iqtisadi və informativ layihələrin (əsaslandırmaların) də hazırlanmasını və reallaşdırılmasını əhatə edir.
«İNTELLEKT-HOLDİNQ» intellektual xidmətlərin kompleks halında göstərilməsi missiyasını öz üzərinə götürür. İstənilən növ hüquqi şəxsin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslərin, ictimai birliklərin, həmçinin, ayrı-ayrı şəxslərin və s. öz fəaliyyətində qarşılaşdığı və qarşılaşa biləcəyi hər hansı problemin həllində «İNTELLEKT-HOLDİNQ» birbaşa yardımçı ola bilər.
İstənilən formalı müəssisənin yaradılmasından tutmuş, onun idarə olunması məsələlərinə qədər - ən vacib işlər: hüquqi yardım, məhkəmə aktlarının icrasında hüquqi nümayəndəlik, konsaltinq xidmətləri, informasiya dəstəyi və ictimaiyyətlə əlaqələrin qurulması, məhkəmədə, o cümlədən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində və İnsan Hüquqları üzrə Avropa Məhkəməsində, həmçinin, dövlət orqanlarında qanuni mənafelərin qorunması, qiymətləndirmə, audit, dedektiv xidmətləri, sığorta xidmətləri sferasında ən son yeniliklər və qanunvericiliyin şərhi, yol-nəqliyyat hadisələrində və s. qəza vəziyyətlərində hüquqi müşayiət olunma, ilkin yardımın təşkili, nəşriyyat-poliqrafiya işləri bunların hamısı «İNTELLEKT-HOLDİNQ»ə daxil olan ayrı-ayrı müəssisələrin ixtisaslaşmışxidmətsahələridir.
«İNTELLEKT-HOLDİNQ» xidmət göstərdiyi müəssisələri sahibkarlıq fəaliyyətində özünün tərəfdaşı hesab edir. Biz təklif etdiyimiz xidmətlərin yüksək peşəkarlıqla icrasınavəqarşılıqlıəməkdaşlıqzəminindətamkonfidensiallığatəminatveririk.
«İNTELLEKT-HOLDİNQ» Şirkətlər Qrupu hüquq, informasiya və konsaltinq xidmətləri göstərməklə yanaşı, qısa müddət ərzində qanunların, digər normativ hüquqi aktların və normativ xarakterli aktların layihələrinin hazırlanması və müstəqil ekspertizası, bu cür layihələrə təklif və rəylər vermək sahəsində də müsbət təcrübə qazanmışdır.
İndiyədək «İntellekt-Holdinq»in mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual məcəllələrinə, digər normativ hüquqi aktlara əlavə və dəyişikliklər edilməsi təklifi ilə 10-dan artıq layihə hazırlanaraq paket halında Azərbaycan Respublikasının Milli Məclisinin müvaf iq komissiyalarına təqdim olunmuşdur.
«İntellekt-Holdinq», həmçinin, bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair ilk dəfə təşəbbüs göstərmiş, prosedura uyğun olaraq, müvafiq qaydada məhkəmə orqanlarının sorğusu əsasında Konstitusiya Məhkəməsi «İH»in təşəbbüsü ilə qaldırılan bəzi məsələləri müsbət həll etmişdir.
İntellekt-Holdinq Şirkətlər Qrupu fəaliyyət göstərdiyi sahədə xarici ölkələrin anoloji şirkət və təşkilatları ilə fəal əməkdaşlıq edir.
«İntellekt-Holdinq» ilə Orkun Hüquq Bürosu (İstanbul, Türkiyə) arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə var. Müqaviləyə görə hər bir şirkət digərinin müraciətinə əsasən öz ölkəsində hüquqi müdafiə, konsaltinq, informasiya dəstəyi, məhkəmə qərarlarının icrası, məhkəmələrdə və hüquqi yardıma zərurət olan bütün rəsmi qurumlarda təmsilçilik fəaliyyətini həyata keçirir.