RİGHTS-ın məqsədi iqtisadi, sosial, ticarət, istehsalat münasibətlərində müştərinin qanuni mənafelərini təmin etmək, hüquqlarını maneəsiz həyata keçirməkdə ona yardımçı olmaqdır. RİGHTS-a müraciət etməklə Siz istənilən növ hüquqi şəxslərin, sahibkarlıq subyektlərinin iqtisadi-maliyyə, istehsal fəaliyyətinin hərtərəfli təhlilinə, vətəndaşların və təşkilatların hər cür hüquqi yardımla təminatına, qüvvədə olan məhkəmə aktlarının qısa müddətdə effektiv icrasına, beynəlxalq hüquq və Avropa Məhkəməsinə müraciətetmə məsələləri üzrə mütəxəssis məsləhətlərinə nail ola bilərsiniz. Bununla yanaşı, müxtəlif sahələrdə elmi-nəzəri əsaslandırmaların hazırlanması, bu məqsədlərin reallaşdırılması üçün təcrübədə öz təsdiqini tapa biləcək layihələrin hazırlanması və həyata keçirilməsində məsləhətçi rolunda çıxış etmək RİGHTS-ın fəaliyyətinin prioritet istiqamətləridir.
Siz RİGHTS-ı seçməklə fəaliyyət göstərdiyiniz sahədə malik olduğunuz hüquqların hərtərəfli, tam və kənar müdaxilələr olmadan gerçəkləşməsinə asanlıqla nail ola bilərsiniz.
RİGHTS-ın məqsədi yalnız gəlir əldə etmək deyil, Cəmiyyətin fəaliyyəti zəminində əldə olunan gəlirlər nizamnamə məqsədlərinə sərf olunur.
Qarşıya qoyulan məqsədlərin həyata keçıirilməsi, müştərilərin sifarişlərinin vaxtında, yüksək keyfiyyətlə və peşəkarlıqla icra olunması üçün RIGHTS-ın nəzdində aşağıdakı istiqamətlərdə ixtisaslaşmış 3 idarə fəaliyyət göstərir:
1. Avropa Məhkəməsinə Müraciətetmə Mərkəzi
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən dəstəklənən «İnsan Haqları üzrə Avropa Məhkəməsinə çıxış» proqramının praktiki nəticəsi olaraq yaranıb.
Mərkəzin fəaliyyətinin məqsədi:
- İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiya və ona aid Protokolların müddəalarında təsbit olunan hüquq və əsas azadlıqların pozulmasını güman etməyə kifayət qədər əsaslar olduqda, ölkədaxili hüquqi müdafiə vasitələri tükəndikdən sonra, ayrı-ayrı fiziki şəxslərin, şəxslər qrupunun, qeyri-hökumət təşkilatlarının müəyyən olunmuş standartlara uyğun olaraq Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətini hazırlamaq və göndərilməsini təmin etmək, məsləhətlər vermək, o cümlədən, pozulmuş hüquq və əsas azadlıqların müdafiəsinin həyata keçirilməsinin səmərəli təmini üçün zəruri olan bütün tədbirləri görmək;
- İnsan hüquq və Əsas Azadlıqlarının ümumi dərk və riayət edilməsi istiqamətində maarifləndirmə işi aparmaq;
- Ölkədaxili qanunvericilik aktlarının Avropa standartlarına uyğunlaşdırılmasına dair təkliflər hazırlamaq, aidiyyatı orqanlara təqdim etmək və müzakirəsini təşkil etmək.
Mərkəzdə bu sahə üzrə təcrübəli, yüksək peşəkarlığa malik hüquqşünaslar, beynəlxalq hüquq üzrə ekspertlər çalışır. Mərkəz fəaliyyət göstərdiyi qısa müddət ərzində
Avropa Məhkəməsinin müvafiq qurumları ilə sıx əməkdaşlıq qurmağa müvəffəq olub.
Vətəndaşlardan daxil olan müraciətlər Mərkəzin yüksək ixtisaslı əməkdaşları tərəfindən hərtərəfli araşdırılır, mütəxəssislərin rəyindən sonra hüquqi prosedurlara müvafiq olan müraciətlərə dair sənədlər hazırlanaraq Avropa Məhkəməsinə göndərilir.
İndiyədək Mərkəzə müraciət edən yüzlərlə şəxsin şikayəti araşdırılmış, pozulmuş hüquq və Əsas Azadlıqların Müdafiəsini təmin etmək üçün müvafiq tədbirlər görülüb.
2. İxtisaslaşdırılmış Hüquq Departamenti
Departament öz funksiyalarını Azərbaycan Respublikası Konstitusiyası və digər normativ-hüquqi aktlarla, o cümlədən, beynəlxalq aktlarla təsbit edilən hüquq və əsas azadlıqların peşəkar və yüksək keyfiyyətli müdafiəsi əsasında həyata keçirir.
Departament mülki və iqtisadi mübahisələrin həlli üzrə ixtisaslaşmışdır. stənilən növ hüquqi və fiziki şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş hüquqi yardımla yanaşı Departament aşağıdakı xidmətlərin peşəkarlıqla icrasını təmin edir:
- Hüquq xarakterli ərizələr, şikayətlər, o cümlədən, Konstitusiya Məhkəməsinə şikayətlər, vəsatətlər, pretenziya;
- Hər cür müqavilələrin, sazişlərin, təsis sənədlərinin və digər hüquqi əhəmiyyətli sənədlərin hazırlanması; Müqavilələrin hüquqi ekspertizası;
Vəkalət verənin nümayəndəsi qismində:
- Cinayət-mühakimə və inzibati hüquqpozmalar haqqında işlər üzrə icraatda;
- Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə və
digər təşkilatlarda;
- Vergi hüquq münasibətlərində;
- Beynəlxalq məhkəmə orqanlarının və digər beynəlxalq təşkilatların nizamnamə sənədləri və Azərbaycan Respublikasının beynəlxalq sənədlərilə başqa hallar müəyyən edilməyibsə, həmin orqanlarda;
- Münsiflər Məhkəməsində, Beynəlxalq Kommersiya Arbitrajında (məhkəməsində) və mübahisələri həll edən digər orqanlarda işlərin araşdırılmasında iştirak etməklə onun qanuni hüquq və mənafelərinin müdafiəsini təmin etmək.
- Yol-nəqliyyat hadisələrilə bağlı hüquqi müşayiət olunma;
- Vurulmuş zərərin ödənilməsilə bağlı işlər üzrə məsləhət vermək və (müştərini qanuni əsaslarla) təmsil etmək;
- İcbari və ya könüllü sığorta müqavilələri üzrə yaranmış mübahisələrlə əlaqədar hüquqi xidmətlər göstərmək;
Əmin olun, göstərilən sahələr üzrə Departamentlə əməkdaşlığınız Sizin problemlərinizin tez və etibarlı həllinə şərait yaradacaq.
3. Məhkəmə Qərarlarının İçra Xidmətləri Departamenti
RIGHTS Hüquq Cəmiyyəti Azərbaycanda fəaliyyət göstərən digər hüquq şirkətlərindən fərqli olaraq, hüquqi xidmətin bütün növləri ilə yanaşı, məhkəmə aktlarının icrası prosesində hüquqi nümayəndəlik institutunun tətbiqini həyata keçirir. Bu məqsədlə fəaliyyət göstərən Məhkəmə Qərarlarının İcra Xidmətləri Departamentində icra icraatının mərhələlərini və bütövlükdə icra prosesinin qanuni əsaslarını yüksək səviyyədə bilən peşəkar mütəxəssislər çalışırlar.
Hər hansı hüquqi və fiziki şəxsin qanunla qorunan hüquq və mənafelərinin bərpası heç də həmişə məhkəmə aktının qüvvəyə minməsi ilə mümkün olmur. Pozulmuş hüquq və mənafelərin tam bərpası üçün qüvvədə olan məhkəmə aktlarının icrası mühüm şərtdir.
Bu gün Azərbaycanda iqtisadi (sahibkarlıq) fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər məhkəmə aktlarının icra olunmaması səbəbindən çoxsaylı problemlərlə üzləşirlər. Borclu hüquqi və ya fiziki şəxsin qanuni qüvvəsini almış məhkəmə aktının icrasından yayınması və ya icradan tamamilə boyun qaçırması halları tələbkarın qanuni mənafelərinin pozulmasına səbəb olur. MQİXD, xüsusən, iqtisadi mübahisələr üzrə tələbkarın və ya borclunun qanuni mənafelərini qorumaqla məhkəmə aktlarının icrası prosesində hüquqi nümayəndəliyi yüksək səviyyədə həyata keçirməyi öz öhdəsinə götürür.
RIGHTS-ın Məhkəmə Qərarlarının İcra Xidmətləri Departamenti öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanununu və digər normativ aktları əsas götürərək icra icraatı prosesinin bütün mərhələlərində hüquqi nümayəndəliyi həyata keçirməklə məhkəmə aktlarının effektiv və ağılabatan müddətdə icrasına təminat verir.