Ana səhifə Haqqımızda Xəbərlər Struktur Əməkdaşlarımız Əlaqə Linklər Sual-Cavab
  «Mass Media» İnformasiya və Araşdırma mərkəzi
   
 
  «Rights» Hüquq Cəmiyyəti

  «Mass Media» İnformasiya və Araşdırma mərkəzi

  «Universal Konsaltinq» MMC

  «NVF Consulting Co.İnc» MMC

  «Klassika» Nəşriyyat-Poliqrafiya xidmətləri

Çalışdığınız konkret sahədə və ya bu sahə ilə bağlı sferalarda baş verən hadisələrdən xəbərdar olmaq, sosial-iqtisadi mühitin düzgün qiymətləndirilməsi Sizin uğurlarınızın və rahat fəaliyyətinizin ən əsas təminatıdır. İstər biznesdə, istərsə də idarəçilikdə uğur qazanmaq təkcə böyük kapital qoyuluşu və maddi yatırımlarla şərtlənmir. Bundan ötrü Sizi əhatə edən informasiyaların operativ toplanması və real təhlillərin aparılması ilə gələcəyi düzgün proqnozlaşdırmaq da çox əhəmiyyətlidir. Bu baxımdan «Mass-Media» İ. və A. Mərkəzinin xidmətləri hər zaman Sizin gərəyiniz ola bilər.
Mərkəzin əsas fəaliyyət istiqamətləri - elm, iqtisadi mühit, bazar münasibətləri və ictimai həyatın ən müxtəlif sahələrində fundamental araşdırmalar bazasında mühüm sosial-iqtisadi problemlərin həlli, informasiya, elmi-texniki, istehsalat, maarifləndirmə və s. zəruri sahələr üzrə layihələrin hazırlanması və həyata keçirilməsini əhatə edir. İstənilən növ hüquqi və fiziki şəxslər üçün iqtisadi, sosial, informativ və ictimai əlaqələr, maarifləndirmə və s. üzrə layihələrin hazırlanması və həyata keçirilməsinə daimi nəzarət «Mass-Media» Mərkəzinin peşəkar əməkdaşları tərəfindən operativ təşkil olunur. Bizimlə əməkdaşlıq Sizin iqtisadi-sosial fəaliyyətinizdə atdığınız addımların düzgün proqnozlaşdırılmasını, gördüyünüz işlərin nəticələrinin real qiymətləndirilməsini, Sizə lazım olan informasiyalara daimi və dolğun nəzarət etməyinizi, ictimaiyyətlə əlaqələr və Kütləvi İnformasiya Vasitələri ilə səmərəli əməkdaşlığı təmin edər.
Bütün növ dövlət və qeyri-dövlət təşkilatları, sahibkarlıq subyektlərilə əməkdaşlıqla yanaşı, «Mass-Media» Mərkəzi KİV-in inkişafı ilə bağlı layihələr hazırlayır və həyata keçirir, KİV-in ümumi menecmenti və iqtisadi idarə olunması üzrə səmərəli təkliflər, layihələr üzərində iş aparır, məsləhətlər verir. Qarşıya qoyulan məqsədlərin peşəkar və operativ həlli üçün Mərkəzin nəzdində müvafiq sahələr üzrə ixtisaslaşmış 2 idarə fəaliyyət göstərir.

1. Mərkəzləşdirilmiş Mətbuat Xidməti İdarəsi
Bütün növ idarə təşkilat və müəssisələr, fiziki və hüquqi şəxslər üçün mərkəzləşdirilmiş qaydada mətbuat xidməti və ictimai əlaqələr (PR) funksiyasını həyata keçirir.
İDARƏdə ictimai əlaqələr və mətbuat xidməti işini yüksək səviyyədə bilən təcrübəli mütəxəssislər çalışır. MMXİ-nin xidmətindən istifadə etməklə Siz gündəlik mətbuatı izləmək, çalışdığınız və həmçinin, Sizi maraqlandıran sahə üzrə informasiya toplamaq, təhlillər aparmaq, reytinq sorğuları keçirmək, KİV və ictimaiyyət üçün məlumatlar hazırlamaq, onları yaymaq və s. bu kimi işlərə sərf etdiyiniz vaxta, işgüzar enerjinizə və maddi vəsaitə qənaət edə biləcəksiniz. Bundan başqa, müxtəlif tədbirlərə informasiya dəstəyi, ictimaiyyət və KİV-lə görüşlərin, dəyirmi masa və konfransların (kütləvi və işgüzar tədbirlərin), simpoziumların keçirilməsi, marketinq işi və sosioloji sorğuların aparılması və yaxud bu cür tədbirlərə informasiya dəstəyinin təşkili də MMXİ tərəfindən həyata keçirilir.

2. KİV-in İnkişafına Yardım Mərkəzi
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən dəstəklənən «KİV-in iqtisadi əsasları və menecment problemləri» proqramının praktiki nəticəsi olaraq yaranıb. Mərkəzin fəaliyyətində məqsəd Kütləvi İnformasiya Vasitələrinin tam müstəqil fəaliyyətinə nail olmaq üsullarının araşdırılması və mövcud şərait daxilində KİV-in iqtisadi inkişafının optimal yollarının tapılmasına yardımçı olmaqdır. İdarədə KİV-in ümumi idarə olunması və xüsusən, iqtisadi əsaslarının öyrənilməsi sahəsində təcrübəsi olan mütəxəssislər çalışır. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bir neçə istiqamətdə layihələr hazırlanır və həyata keçirilir.
İlk növbədə, bu sahədə təcrübəsi olan mütəxəssisləri cəlb etməklə KİV-in iqtisadi-maliyyə, menecmenti məsələlərinin öyrənilməsi və redaksiyaların fəaliyyətində tətbiqinə yardım etmək nəzərdə tutulur. Bundan başqa, İdarə KİV-in ümumi inkişaf perspektivləri və gündəlik fəaliyyətində yaranan problemlərin aradan qaldırılması istiqamətində praktiki tədbirlər görür. KİV-də konsaltinq işinin təşkili də İdarənin əsas fəaliyyət istiqamətlərindən biridir. İdarənin əməkdaşları KİV redaksiyalarına:

  • KİV-in ümumi və iqtisadi idarəedilməsinin təşkili;
  • vergi və digər maliyyə hesabatlarının hazırlanması;
  • gəlir və s. vergilərin düzgün hesablanması və ödənilməsi qaydalarının mənimsənilməsi;
  • bütövlükdə vergi, gömrük, audit, qiymətləndirmə, sığorta sahəsində qanunvericiliyin düzgün tətbiq olunması;
  • hər cür hüquqi yardım, o cümlədən, mülki, əmlak, maliyyə və s. məsələlərdə hüquqi yardım göstərilməsi;
  • reklam və ictimai əlaqələr işinin səmərəli təşkili;
  • KİV məhsullarının yayım işinin düzgün və səmərəli təşkil olunması Media-holdinqlərin təşkili və idarə olunması məsələləri də daxil olmaqla
  • Hər cür hüquqi yardım və konsaltinq xidmətlərini peşəkarlıq və yüksək keyfiyyətlə həyata keçirir.
     
 
 
    Intellect Holding © Copyright - 2006