Müasir dövrdə bazar iqtisadiyyatı prinsipləri ilə işləyən hər hansı bir müəssisənin fəaliyyətini konsaltinq xidmətindən kənarda təsəvvür etmək çətindir. İstənilən hüquqi şəxs, hətta, fiziki şəxslər belə, öz fəaliyyətlərində konsaltinq xidmətinə və məsləhətlərə ehtiyac duyurlar. “Universal-Konsaltinq” (UKL) konsaltinq xidmətləri sferasında hərtərəfli və bitkin servis təşkil etməklə sifarişçinin bu ehtiyacını ödəməyə qadirdir.
Mülkiyyət formasından asılı olmayaraq, hər hansı müəssisənin yaradılmasından tutmuş onun iqtisadi-hüquqi cəhətdən uğurla idarə olunmasını UKL-ə etibar edə bilərsiniz. Təqdim olunan xidmətlərin kompleks şəkildə və ya spesifik sahələr üzrə peşəkar icrası üçün UKL-in tərkibində 4 idarə fəaliyyətdədir.
1.İxtisaslaşmış Hüquqi Yardım Mərkəzi
Azərbaycan Respublikasının yurisdiksiyasında olan yerli və xarici hüquqi şəxslərə, ictimai birliklərə, ayrı-ayrı fiziki şəxslərə peşəkar və yüksək keyfiyyətli hüquqi yardım göstərilməsi üzrə ixtisaslaşıb. İdarə müştərinin istəyinə uyğun olaraq qanunvericilikdə təsbit olunmuş bütün növ hüquqi yardımlarla yanaşı, aşağıdakı spesifik sahələr üzrə xidmətlərin peşəkar icrasını həyata keçirir:
- Bütün növ müəssisələrin, o cümlədən, OFF SHORE kompaniyaların yaradılması və onlara hüquqi xidmət göstərilməsi;
- Pul vəsaitlərinin idarə olunmasına dair maliyyə-hüquqi sxeminin təşkili və məsləhətlərin verilməsi;
- Xarici və yerli banklar arasında pul-kredit münasibətlərinin tənzimlənməsinə dair xidmətlər;
- Kommunikativ menecmentin analizi və quruluşuna dair məsləhətlərin verilməsi;
- Mülkiyyətçilərin marağına əsasən, səhmdar paketinin hüquqi idarə edilməsi, SC-nin hesabatlarının, müxtəlif investisiya və biznes layihələrinin elmi əsaslarla hazırlanması;
- Müəssisənin aktiv və passivlərinin optimallaşdırılmasına dair xidmətlərin göstərilməsi;
- Daşınmaz əmlakı girov qoymaqla kredit alınmasına dair hüquqi məsləhətlər və s.
2. Maliyyə-Konsaltinq İdarəsi
Qanuni vasitələrlə vergitutmanın yaranması və müşayiət edilməsinin optimal sxemi üzrə ixtisaslaşmış bu idarədə təcrübəli maliyyəçilər və vergi hüququ üzrə mütəxəssislər çalışır. İdarənin xidmətinin əsasını mövcud qanunvericiliyə riayət olunması ilə indiki və gələcəkdə yarana biləcək problemlərin qanuna müvafiq həlli və maliyyə sabitliyinin qorunması təşkil edir. Yüksək ixtisaslı maliyyəçilər və vergi hüququ üzrə mütəxəssislər aşağıdakı konkret sahələr üzrə sifarişlərin icrasını təmin edir:
- Maliyyə-təsərrüfat fəaliyyətinin təhlili;
- Maliyyə və vergi planlaşdırılması;
- Xərclərin tərkibinin optimallaşdırılması;
- Mühasibatlıq, vergi və gömrük qanunvericiliyinin düzgün tətbiq edilməsi, o cümlədən:
- Vergi ödəyicisinin hüquqları üzrə məsləhətlər;
- Əlavə Dəyər Vergisi (ƏDV) üzrə qeydiyyat, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi, vergi hesab-fakturaları və vergilərin düzgün hesablanması üzrə məsləhətlər;
- Bələdiyyə vergilərinin (əmlak, torpaq, icarə müqavilələri və s.) düzgün tətbiqi üzrə məsləhətlər;
- Mühasibat əməliyyatlarının, gəlirdən çıxılan və çıxılmayan xərclərin düzgün müəyyən edilməsi üzrə məsləhətlər;
- Hüquqi və fiziki şəxslərin mənfəət və gəlir vergiləri, azadolmalar və güzəştlər üzrə məsləhətlər;
- Muzdlu işə aid olan və aid olmayan gəlirlərdən vergilərin düzgün tutulması üzrə məsləhətlər;
- Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin qaydaları və şərtləri, gömrük ödənişlərinin alınması, gömrük rəsmiləşdirilməsi, gömrük nəzarətilə bağlı digər məsləhətlər;
- Xüsusi sahələrlə bağlı qarşıya çıxan mühasibatlıq problemlərinin həlli;
- Marketinq xidməti;
- Vergi hüquq münasibətlərində sifarişçinin vəkaləti əsasında səlahiyyətli nümayəndə qismində iştirak etmək;
- Maliyyə, mühasibatlıq, gömrük və vergi qanunvericiliyinə düzgün əməl edilməsi məqsədi ilə yuxarıda qeyd olunmayan digər məsləhətlər...
3. Qiymətləndirmə Departamenti
UKL-in əsas idarələrindən biri olmaqla konkret sahə üzrə yüksək keyfiyyətli xidmət göstərir. Sahibi olduğunuz və ya istifadə etdiyiniz əmlakın, Sizə vurulmuş və ya Sizin tərəfinizdən vurulmuş zərərin dəyəri, təbii ki, hər zaman mübahisə yaradır. Siz mübahisəyə qoşulmadan bizə müraciət edin. Təcrübəli qiymətləndiricilərin çalışdığı departament aşağıdakı xidmətlərlə Sizin narahatçılığınıza qısa müddətdə son qoyacaq:
- Etimadlı idarəetməyə verilən əmlakın dəyərinin;
- Girov və ya ipoteka ilə yüklü edilən əmlakın dəyərinin;
- İcbari və ya könüllü sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış əmlaka dəyən zərərin;
- Etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişərkən yaranan mübahisələr üzrə əmlakın dəyərinin yenidən qiymətləndirilməsi;
- Əmlak tələbinə dair iddialarla əlaqədar məhkəmə qərarına əsasən mübahisəli əmlakların dəyərinin müəyyən edilməsilə bağlı qiymətləndirmə;
- Məhkəmə tərəfindən zəruri hesab edilən əmlakın qiymətləndirilməsi;
- Dəyərinin müəyyən edilməsi sifarişçi tərəfindən zəruri olan hər cür əmlakların qiymətləndirilməsi;
4. Detektiv Xidmətləri Bürosu
Hər cür hüquqi və fiziki şəxslərin fəaliyyətində öz tərəfdaşının maddi (maliyyə), hüquqi və sosial vəziyyətini bilmək işgüzar və şəxsi münasibətlərdə mövcud problemlərin islah olunması və yaxud gələcəkdə yarana biləcək problemlərin vaxtında qarşısının alınması üçün çox əhəmiyyətlidir. Bu baxımdan DXB-nin xidmətlərindən istifadə etməklə Sizə lazım olan və rahat fəaliyyətinizi təmin edən informasiyalara nəzarət edə bilərsiniz:
- Hüquqi və fiziki şəxslərin hüquq və mənafelərini əks etdirən proses iştirakçılarının muqaviləyə əsaslanan mülki işlərinə aid olan məlumat, predmet və sənədlərin yığılması;
- İşgüzar sazişlərin (müqavilələrin) bağlanması üçün məlumatların toplanması, kredit qabiliyyəti olmayan və ya etibarsız iş partnyorlarının aşkara çıxarılması;
- Haqsız rəqabət, qeyri-qanuni kredit alınması, borc öhdəliklərinin yerinə yetirilməməsi, kommersiya sirri hesab olunan məlumatların qeyri-qanuni yolla əldə edilməsi və elan edilməsi, əqli fəaliyyətin və fərqləndirici vasitələrin nəticələrinin qeyri-qanuni istifadəsi, qiymətli kağızların buraxılmasında hüquq pozuntuları, müflisləşmə zamanı hüquqa zidd hərəkətlərə dair fakt və vəziyyətlərin aşkara çıxarılması;
- Ayrı-ayrı fiziki şəxslərlə onların yazılı razılığı olan əmək və digər müqavilə (kontrakt) bağlanarkən, bioqrafik və başqa xarakterizə edici məlumatların müəyyən olunması;
- Xəbərsiz itkin düşmüş şəxslərin və itirilmiş əmlakın axtarılması;
- DXB sifarişçinin istəyinə uyğun olaraq onun qanuni hüquq və mənafelərinin, maddi və mənəvi maraqlarının qorunması məqsədi ilə digər müvafiq xidmətlər göstərir.
UKL Qanunçuluq və konfidensiallıq prinsiplərini əsas tutmaqla insan və vətəndaş hüquq və əsas azadlıqlarını, hüquqi və fiziki şəxslərin mülkiyyətinə, həyat və sağlamlığına, şərəf, ləyaqət və işgüzar nüfuzuna hörmətlə yanaşmağı özünün əsas prinsipi kimi qəbul edir.