Azərbaycan Respublikasının qanunvericiliyində və beynəlxalq normativ hüquqi aktlarda təsbit olunmuş insan hüquq və əsas azadlıqlarının müdafiəsi, müəssisə və təşkilatların qanuni fəaliyyətinin maneəsiz təşkili üçün hüquqi yardımın bütün sferalarında, eyni zamanda, maliyyə-vergi məsələlərində xidmət və məsləhətlərin məcmusu «NVF CONSULTING Co.Inc» şirkətinin fəaliyyətinin əsasını təşkil edir. Bir neçə iri biznes qurumlarını yüksək keyfiyətli servislə təmin edən «NVF CONSULTING Co.Inc» şirkətində peşəkar hüquqşünaslar, maliyyəçilər, ekologiya və sığorta fəaliyyəti üzrə mütəxəssislər çalışırlar. Müştərilərin sifarişini operativ və keyfiyyətlə icra etmək üçün şirkətin nəzdində konkret xidmət sahələri üzrə ixtisaslaşmış 3 idarə daimi fəaliyyətdədir.
1. Hüquq Xidmətləri Departamenti
Hər cür hüquqi və fiziki şəxslərə qanunvericilikdə təsbit olunan bütün növ hüquqi yardımın ixtisaslaşmış şəkildə və yüksək keyfiyyətlə göstərilməsi bizim idarənin fəaliyyətinin əsas istiqamətidir. Biz yüksək keyfiyyətlə və sürətlə işləyirik. Biz hüquqi işlərdə məğlubiyyətə uğramırıq. Biz müştərinin problemini öz problemimiz, müştərinin uğurunu öz uğurumuz hesab edirik. Bizim idarə hüquqi yardımın bütün növləri üzrə kompleks xidmətlərlə yanaşı, aşağıdakı ayrı-ayrı sahələr üzrə işlərin icrasını həyata keçirir:
- Mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini məhkəmədə və digər orqanlarda təmsil etmək;
- Hüquqi və fiziki şəxslərə mənzil, torpaq, mülki, əmək, ailə və digər sahələr üzrə qanunvericiliyin ən son yeniliklərini şərh etməklə məsləhətlər vermək;
- Sifarişçinin vəkaləti əsasında cinayət-mühakimə icraatında və inzibati hüquqpozmalar haqqında işlər üzrə icraatda nümayəndə qismində iştirak etmək;
- Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə və digər təşkilatlarda vəkalət verənin mənafelərini təmsil etmək;
- Vergi hüquq munasibətlərində vəkalət verənin nümayəndəsi qismində çıxış etmək;
- Sosial-iqtisadi fəaliyyətdə hər cür sahibkarlıq subyekti üçün investisiya və biznes layihələrinin hazırlanması və həyata keçirilməsi;
2. Sığorta İşləri Üzrə Xidmətlər Departamenti
«NVF CONSULTING Co.Inc» şirkətinin nəzdində idarə statusunda fəaliyyət göstərir. Departamentin fəaliyyəti, əsasən, müqavilə yolu ilə xidmət göstərilən bütün növ hüquqi və fiziki şəxslərə (abunəçilərə) ekstremal vəziyyətlərdə və yol-nəqliyyat hadisələrində təcili tibbi, hüquqi, texniki yardımın təşkil olunmasına yönəlib. Departament Azərbaycanda ilk dəfə olaraq mobil qruplarla bütün sutka ərzində ölkənin istənilən nöqtəsində baş verən qəza hadisəsinin nəticələrinin mümkün qədər itkisiz və səmərəli şəraitdə aradan qaldırılması, zərərçəkənlərə tibbi, hüquqi, texniki və s. maddi-mənəvi yardımın göstərilməsi imkanına malikdir.
Departamentin xidmətindən istifadə edənlər sutkanın istənilən vaxtında yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə ilkin praktiki yardım alır və hüquqi yardımla təmin olunurlar.
Departament sığorta şirkətlərinə servisin keyfiyyətinin yüksəldilməsi, daha çox müştəri cəlbi və sığorta riskinin maksimum azaldılmasında yardım edəcək digər xidmətlərlə yanaşı aşağıdakı spesifik xidmətlər üzrə ixtisaslaşıb:
Təklif olunan xidmələr:
- Müqavilə layihələrinin hazırlanması, hüquqi ekspertizası və rəylərin verilməsi;
- Təşkilati strukturun işlənməsi və inkişaf proqramının tərtib olunması;
- Daxili sənədləşmənin optimal formasının işlənməsi;
- Beynəlxalq təcrübəyə əsaslanaraq müqavilələrin tərtibi və müqavilələr üzrə rəy verilməsi.
Avtomobil sığortası proqramı üçün:
- əzaya uğramış avtomobillərin evakuasiyası;
- Qəza yerinə ekspertlərin operativ çatması;
- Zərərin qiymətləndirilməsi;
- Sığorta hadisəsi haqqında məlumatın sığorta şirkətinə operativ çatdırılması;
- Avtomobil sahibinə ilkin hüquqi yardımın göstərilməsi;
- Dövlət Yol Polisindən lazımi sənədlərin alınması;
- Problemli sığorta hadisələrinin araşdırılıb həll edilməsi;
Bu proqramın uğurlu həyata keçməsi üçün şirkət lazımi texniki və intellektual potensiala malikdir. (24 saat fəaliyyət göstərən rabitə xidməti «qaynar xətt», xüsusi evakuator, 2 minik maşını)
3. Ekoloji İşlər üzrə Xidmətlər Departamenti
Təşkilatlar üçün aşağıdakı xidmətləri təklif edir:
- «Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi», «Ekoloji pasport», «İnventarizasiya», «Atıla bilən tullantıların həddi», «Buraxıla bilən axıntıların həddi» və s. ekoloji normativ sənədlərin tərtibi;
- Toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsi;
- Rekultivasiya işlərinin aparılması;
- Ekoloji mübahisələrlə bağlı məhkəmələrdə nümayəndəlik;
- Müxtəlif cür ekoloji problemlərin məhkəmədən kənar həlli.